• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin işi: "Digər həbs olunanlar azadlığa buraxılsa, təəccüblənmərəm"

Rasim Əliyevin işi: "Digər həbs olunanlar azadlığa buraxılsa, təəccüblənmərəm"
13.10.2016 14:38

Dünən Bakı Apellyasiya Məhkəməsində ANN.TV-nin əməkdaşı Rasim Əliyevin öldürülməsi işi üzrə həbs edilən "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxılıb.


Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilən futbolçu Cavid Hüseynovun cəzası dünən məhkəmə qərarı ilə 1 il 3 aya endirilib və həbsdən azad olunub. Futbolçunun azadlığa buraxılmasını ANN.Az-a vəkil Fariz Namazlı və Əsabəli Mustafayev şərh ediblər.

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, futbolçu ilə bağlı məhkəmənin yekun qərarı gözlənilirdi: "Məndə olan məlumata əsasən, onlar bir müddət əvvəl kassasiya şikayətini geri götürüblər. Təcrübədən də bilinir ki, kassasiya şikayəti hansısa bir məqsədə görə ya verilir, ya da geri götürülür. Bu məsələyə baxılsaydı, 2-3 ay çəkməli idi. Yəni vaxt uzanacaqdı, bu da onlara sərf etmirdi. Görünür şikayətin geri qaytarılması danışılmış bir tədbir idi. Belə olduğuna görə də onu tez-tələsik azad etdilər. Məhkəmənin qəbul etdiyi qərar, yəni cəzanın 1 il 3 aya endirilməsi sanksiyada göstərilən ildən də lap aşağı idi. Düzdür, bu məhkəmənin səlahiyyətinə aid bir məsələdir. Yəni qanunvercilikdə belə bir imkan var. Sadəcə məhkəmənin belə şəkildə təşkil edilməsi, işin tapşırılmış olduğunu bir daha sübut etdi. Bunun özü də ən böyük qanun pozuntusudur. İkinci isə cəza müddətinin sanksiyadan aşağı verilməsi əsaslandırılmalıdır. Əgər hansısa yeni faktlar çıxıbsa, nələr dəyişilibsə, hamısı bilinməlidir. Necə ki, futbolçuya 4 il cəza veriləndə hansı faktlar var idisə, o indi də mövcuddur. Heç bir məqam gizli saxlanılmamaldır. Niyə sanksiyadan aşağı cəza verilib, deyilməlidir. Bir sözlə sadalanan hallar hüquq pozuntularıdır”, - deyə Ə.Mustafayev əlavə edib.


 


 

Vəkil Əsabəli Mustafayev


Məsələyə münasibət bildirən zərərçəkmiş ailənin (mərhum jurnalist Rasim Əliyevin ailəsinin) vəkili Fariz Namazlı futbolçu Cavid Hüseynovun kassasiya şikayətinin geri götürməsindən sonra bu qərarın verilməsinin gözlənilən olduğunu dedi: "Bir çox faktlar, eləcə də, məhkəmənin tez bir zamanda apellyasiya baxışına təyin olunması onu göstərirdi ki, hadisələr futbolçunun azadlığa buraxılmasına doğru cərəyan edir”. 

 


Vəkil Fariz Namazlı


"Azərbaycan hökuməti beynəlxalq aləmə göstərirdi ki, jurnalist ölümünə görə futbolçunu belə cəzalandırdıq. Bir müddətdən sonra da həbsdən azad etdilər. Bax, reallıq budur. Bu cinayət faktına görə həbs edilən digər beş nəfərin hamısı yox, bir-ikisi bu gündən sonra azadlığa buraxılsa, təəccüblənmərəm”, - deyə vəkil bildirib.

 

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol