"Problemin aradan qaldırılması istiqamətində iş aparılır" - Kanaldan AÇIQLAMA

"İnterAz" televiziya kanalının bağlanması ilə bağlı ölkədə fəaliyyət göstərən bəzi saytlar həqiqətə uyğun olmayan xəbərlər yayıb.
ANN.AZ-ın məlumatına görə, kanal rəhbərliyi bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir, telekanal fəaliyyətini hazırda davam etdirir.
Kanalın "Azərspace 1” peyki vasitəsi ilə yayımının dayandırılmasının səbəbi isə sırf texniki məsələlərlə əlaqədardır. Problemin birbaşa olaraq "Azərspace”lə əlaqəsi yoxdur.
İnterAz-ın efirində problem yaranmasının başlıca səbəbi televiziyanın siqnal qəbul edən ötürücülərin dəyişdirilməli olmasıdır.
Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır və yaxın günlərdə həll ediləcək.
Qeyd edək ki, telekanalın "ABS 1” ( Frequency: 11605, Speed: 43200 7/8) və bir neçə ölkədə fəaliyyət göstərən kabel televiziyaları vasitəsilə yayımı davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























