• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin qətli ilə bağlı yaradılan İctimai Komitədən BƏYANAT

Rasim Əliyevin qətli ilə bağlı yaradılan İctimai Komitədən BƏYANAT
13.10.2016 15:21
"Jurnalist Rasim Əliyevin  qətlinin obyektiv araşdırılmasına dəstək  üçün yaradılan İctimai Komitə”  "Qəbələ” futbol komandasının sabiq kapitanı Cavid Hüseynovun apellyasiya məhkəməsinin qərarı ilə  azadlığa buraxılmasını qətiyyətlə pisləyir.

Belə ki, Səbail rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qərarı ilə Cavid Hüseynov CM-nin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinərək  4 il müddətinə  azadlıqdan məhrum edilmişdi. Qeyd edək ki, həmin maddələr üzrə bu maksimal həbs müddətidir.

Bundan əvvəl komitə  bəyan edirdi ki, Bakı Şəhər Prokurorluğu, Cavid Hüseynovun işini başqa təqsirləndirilən şəxslərin (Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev) işi ilə birgə məhkəməyə göndərməli və ya qanunvericiliyə uyğun olaraq istintaq müddətində işini ayri icraata götürməli idi. Bu olan halda o adekvat həbs cəzası almış olardı.  Lakin bu baş vermədi və Cavid Hüseynov  4 il azadlıqdan məhrum edildi. İndi isə apellyasiya məhkəməsi sabiq futbolçunu azadlığa buraxdı.

"Jurnalist Rasim Əliyevin  qətlinin obyektiv araşdırılmasına dəstək  üçün yaradılan İctimai Komitə”  hesab edir ki, məhkəmə Cavid Hüseynovun həbs edildiyi gündən 1 il 2 ay keçəndən sonra eyni gündə apellyasiya  məhkəməsinin təyin edilərək,  onun cəzasını 1 il  2 aya endirərək azadlığa buraxılması təsadüfi deyil. Qeyd edək ki, 8 oktyabr 2016-cı il tarixində Hüseynovun vəkili tərəfindən  apellyasiya məhkəməsinin ilkin qərarından verilmiş kassasiya şikayəti geri götürüldü və dərhal apellyasiya məhkəmə prosesi təyin edildi.
 
"Jurnalist Rasim Əliyevin  qətlinin obyektiv araşdırılmasına dəstək  üçün yaradılan İctimai Komitə”  hesab edir ki, ANNTV-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümündə futbolçu Cavid Hüseynovun birbaşa əlaqəsi var.

Belə ki, jurnalistin anası Teyfurə Əliyevanın sözlərinə görə, Rasim Əliyev sırf Cavid Hüseynovla telefon danışığından sonra onun bibisi oğlu Elşən İsmayılovla görüşməyə razılıq verib. Həmçinin istintaq materiallarında olan və sonra kütləvi informasiya vasitələrində də  geniş yayılan Elşən İsmayılovla Cavid Hüseynovun "vatsap” yazışmasından açıq aydın görünür ki, Cavid Hüseynovun bibisi oğlunun görüşüb jurnalisti döymək niyyətindən xəbəri olub. Ancaq o bunun qarşısını almayıb və hüquq mühafizə orqanlarına bu barədə məlumat verməyib. Belə olan halda Cavid Hüseynovun azadlığa buraxılması şübhələr və suallar doğurur. 
 
"Jurnalist Rasim Əliyevin  qətlinin obyektiv araşdırılmasına dəstək  üçün yaradılan İctimai Komitə”  hesab edir ki, Cavid Hüseynovun azadlığa buraxılması cəmiyyətdə  neqativ presedent yaradır və belə təsəvvür yarana bilər ki, az-çox tanınmış bir idmançıya görə jurnalist öldürülə bilər.

"Jurnalist Rasim Əliyevin  qətlinin obyektiv araşdırılmasına dəstək  üçün yaradılan İctimai Komitə” xatırladır ki, Rasim Əliyevin işi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir və yuxarıda qeyd etdiyimiz faktları nəzərə alaraq bu işə yenidən baxılmasına çağırır.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol