• $
  • €
  • ₽
  • ₺
  • £

55 min manata avtomobil nömrəsi - Azərbaycanda

55 min manata avtomobil nömrəsi - Azərbaycanda
13.10.2016 16:05
Azərbaycanda elan saytlarından birində şok qiymətə avtomobil nömrələri satılır.

Sözügedən avtomobil qeydiyyat nişanlarından biri 10-00-015 dövlət nömrə nişanıdır. Elanda nömrənin 55 000 AZN-ə satıldığı qeyd olunub.

Digər bir elanda isə 10-DO-777 dövlət nömrə nişanının 12 000 manata satıldığı qeyd olunub.

Bahalı nömrələr içərisində diqqət çəkənlərdən biri isə "AA” seriyalı qeydiyyat nişanıdır. Belə ki, 90 AA 493 dövlət nömrə nişanının satışıyla bağlı elanda qiymət 13 000 manat olaraq qeyd olunub. 

Məlumat üçün bildirək ki, 2014-cü ildə "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilib. Dəyişikliklə prestijli maşın nömrələrinin qiyməti minimum 500 AZN, maksimum isə 2500 AZN müəyyən olunub.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nömrələrin baha qiymətə satılması tam olaraq qanuna uyğundur: "Həmin nömrə Dövlət Yol Polisi İdarəsi tərəfindən birinci dəfə vətəndaşa və yaxud təşkilata satılan zaman dövlət rüsumu minimum 500, maksimum isə 2500 AZN olur. Bu qanun ilkin satış zamanı keçərlidir. 

Həmin nömrələri baha qiymətə təklif edənlər ayrı-ayrı şəxslərdir. Bu işi görənlər arasında möhtəkirçiliklə məşğul olanlar da var. Məsələn, onlar küçədə bir köhnə maşın görürlər, baxırlar ki, maşının qeydiyyat nişanı özündən 2 dəfə bahalıdır. Yaxınlaşırlar avtomobilin sahibinə, deyirlər ki, gedək nömrəni öz adımıza rəsmiləşdirək, təkcə nömrəyə görə sənə 5000 manat verəcəyik. Bu isə tam olaraq qanunidir. 

O nömrəni DYP müəyyən olunmuş dövlət rüsumundan baha satarsa, o zaman qanun pozulmuş olar. Bu isə mümkün deyil. Polis o nömrələri vaxtilə kimlərəsə verib, o şəxslər də istədiyi qiymətə satır. 

Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, dövlət qeydiyyat nişanı avtomobilsiz heç bir əhəmiyyət daşımır. Onu satanlar ikiqat rəsmiləşdirmədən keçirib, sonra başqa adama sata bilirlər”.//AzNews.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol