• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı kosmosda yeni dövlət yaradır

Azərbaycanlı kosmosda yeni dövlət yaradır
13.10.2016 19:58
Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəyli Parisdə qərb jurnalistlərinə "Asgardia” adlı yeni layihəni təqdim edib. 

ANN.AZ azvision.az-a istinadən xəbər verir ki, İqor Aşurbəylinin rəhbərliyi altında beynəlxalq komanda genişmiqyaslı layihəyə, kosmosda "Asgardia” adlı müstəqil dövlətin yaradılmasına başlayır. 

Bu ölkənin ilk "kərpici” isə gələn il kosmosa buraxılması planlaşdırılan peykdir. 

Layihənin olduqca demokratik olacağı bildirilir. Gələcək ölkənin ilk sakinləri layihənin saytında qeydiyyatdan keçən 100.000 adam olacaq. 

Aşurbəylinin sözlərinə görə, "Asgardia” kosmosda dövlətçiliyin yeni forması ola bilər. Bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər. 

Layihədə iştirak edən alimlər ümid edirlər ki, "Asgardia” bütün bəşəriyyətin xeyrinə olacaq bir layihə olacaq. 
 

 
Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol