• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstələnmək istəmirsinizsə, hər gün 1 qaşıq yeyin

Xəstələnmək istəmirsinizsə, hər gün 1 qaşıq yeyin
13.10.2016 22:18
Soyuq fəaillərdə immun sistemini daim "döyüşə hazır" vəziyyətdə saxlamaq çox vacibdir. Bununla biz özümüzü bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qoruya bilərik.

İmmun sistemimizin möhkəmləndirilməsində vitamin və minerallar xüsusi böyük rol oynayır. Həkimlər süni vitamin-mineral  komplekslərinin qəbuluna deyil, təbii vitamin və mineral mənbələrinə (meyvə, tərəvəz, qoz-fındıq, bal və s.) üstünlük verirlər. Bir çox həkimlərin fikirinə görə süni vitaminlər yalnız istisna hallarda (vitamin və mineralların kəskin çatışmazlığı, uzun sürən xəstəlikdən sonra, mədə-bağırsaq sistemində vitamin və mineralların sovrulmasına mane olan pozulmalar olduqda və s.) təyin olunmalıdır. Bütün digər hallarda orqanizm ona lazım olan vitamin və mineralları qidadan almalıdır.
 
Sizə təbii vitamin-mineral kompleksinin reseptini təqdim edirik.
 
Tərkib:
 
- 200 qr ərik qurusu
- 200 qr xurma
- 200 qr qara kişmiş qurusu
- 200 qr qoz
- 200 qr badam
- 200 qr püstə (braziliya qozu, keşyu və s. əlavə edə bilərsiniz)
- 2 iri limon
- 1 stəkan bal
- yarım çay qaşığı darçın
- yarım çay qaşığı zəncəfil
 
Hazırlanması:

Meyvə quruları təmizlənir, yuyulur, xurmanın qabıqları və çəyirdəyi çıxarılır, limonun çəyirdəkləri çıxarılır. Bütün inqrediyentlər blenderlə əzilir, üzərinə bal və ədviyyatlar əlavə olunur, yaxşı qarışdırılır. Hazır qarışığı quru sərin yerdə saxlayın.

Bu vitaminli qarışıqdan hər səhər 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara yarım - 1 ç.q. vermək olar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol