• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Dövlət Peşə Təhsil mərkəzləri yaradılıb

Azərbaycanda Dövlət Peşə Təhsil mərkəzləri yaradılıb
14.10.2016 09:26
Nazirlər Kabineti Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti qərarında qeyd edilib ki, Azərbaycan Dövlət Dəmir Yolu Liseyi və 2 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi, 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 4 nömrəli Bakı Peşə Liseyi, 14 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 6 nömrəli Bakı Peşə Liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bakı Kompüter Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 8 nömrəli Bakı Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 15 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 18 nömrəli Bakı Peşə Liseyi və 3 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 6 nömrəli Bakı Peşə Məktəbinin bazasında Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilsin və onların bazasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və  3 nömrəli Gəncə Peşə Liseyi, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilsin və onların bazasında Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.

Yaradılan Dövlət Peşə Təhsil mərkəzlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil” bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Dövlət Peşə Təhsil mərkəzləri peşə liseyi statusu ilə fəaliyyət göstərəcəklər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol