• $
  • €
  • ₽
  • ₺
  • £

Göyçayda tibb işçiləri pambıq yığmağa aparıldı - YENİLƏNİB

Göyçayda tibb işçiləri pambıq yığmağa aparıldı - YENİLƏNİB
14.10.2016 18:39
Səhiyyə Nazirliyi Göyçayda Mərkəzi Xəstəxananın işçilərinin pambıq yığımına cəlb edilməsi məlumatını şərh edib.

ANN.Az modenr.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bu məsələdə qeyri-adi nə isə axtarmağın yersiz olduğunu deyib:

"Əvvəllər də pambıq yığımına məktəblilər və müxtəlif peşə sahibləri cəlb olunub. Dövlətin işinin xeyirinə, tibb işçilərinin köməyə getməsi normaldır. Həm də insanlar işdən əlavə pul qazanırlar. Axı bunun nəyi pisdir ki?

İşdə, növbədə olmayan bir vətəndaş dövlətə köməyə gedibsə, burda pis nəsə axtarmaq lazım deyil. Kimsə boş vaxtında qonaq getməyib, pambıq yığımına gedib. Həm də əlavə pul qazanır”.

Nazirlik rəsmisi deyib ki, köməyə gedənlər növbədə olmayan texniki işçilərdir:

"Onları da heç kim məcburi şəkildə pambığa aparmayıb”.
 
*** 

Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib. 

Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən, səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.

"Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq.

Bu səbəbdən digər kollektivlər kimi biz də pambıq yığımına cəlb olunduq. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığımına gediblər”, - deyə baş həkimin müavini vurğulayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol