• $
  • €
  • ₽
  • ₺
  • £

Daşqın təhlükəsi – XƏBƏRDƏRLIQ

Daşqın təhlükəsi – XƏBƏRDƏRLIQ
14.10.2016 13:08
Son günlərdə müşahidə olunan yağışlı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Növbəti günlərdə bəzi çaylarda daşqın ola bilər.

Bu barədə ANN.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A.Verdiyevin sözlərinə görə, oktyabrın 12-13-də yağan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə edilib: "Lakin bu gündən yağışlarda fasilə müşahidə olunduğundan, suyun səviyyəsi azalma müşahidə olunub. Digər bölgələrdəki çaylarda mühüm dəyişiklik qeydə alınmayıb. Artım əsasən, transsərhəd çayı olan Kür və Qanıq çaylarında müşahidə edilib. Bu çaylarda suyun səviyyəsi 10-11 sm artım qeydə alınıb. Bu artımın səbəbi Gürcüstan ərazisində yağan yağışlarla əlaqədardır”.

O, növbəti günlərdə müşahidə ediləcək yağışlı hava səbəbindən daşqınların olmasını da istisna etməyib: "Bu gün hava şəraiti nisbətən yağmursuz keçəcək. Növbəti günlərdə gözlənilən yağışlı hava şəraiti nəticəsində çaylarda, xüsusən Lənkəran-Astara ərazisindəki çaylarda artım olacağı istisna edilmir. Oktyabr-noyabr aylarında yağışlar mövsümi hesab olunur. Əsasən Lənkəran və Astarada daha çox yağış müşahidə edilir. Əvvəlki illərdə həmin ərazidəki çaylarda daşqın, sel qeydə alınıb. Yenidən leysan xarakterli yağışlar yağarsa, təkrar qısa müddətli daşqın və sel müşahidə edilə bilər”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol