Tovuz sakininin maraqlı hobbisi - FOTOLAR

Tovuz sakini maraqlı hobbisi ilə diqqət çəkir. O, qədim küp və digər tarixi tapıntılar toplamaqla məşğuldur.
ANN.AZ ARB Kəpəz-ə istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini Mübariz Mehraliyev 20 ildən artıqdır əşyaları həm pul xərcləyib alır, həm də müxtəlif insanlar gətirib ona təqdim edirlər. Kolleksionerin sonuncu əldə etdiyi tutumu 1 tondan artıq olan küpdür.
Tovuzun Yuxarı Öysüzlü kəndində tapılan əşyanı qədim insanlar saxlanc vasitəsi kimi istifadə ediblər. Əldə etdiyi qiymətli əşyalardan kiçik muzey də hazırlayan kənd sakininin qədim abidələrlə zəngin məkanına insanların da marağı böyükdür. Kolleksiyaya müxtəlif dövrləri əhatə edən əskinaslar da daxildir.





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























