Ermənilər Qarabağda yanğın törədib

Erməni hərbi birləşmələri işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törədib.
ANN.AZ APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki,q yanğınlar Ağdamın işğal altında olan Tərnöyüt və Xaçınabad kəndləri ərazisində müşahidə olunur.
Qeyd edək ki, Erməni silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın uzun dərə adlanan ərazisində hərbi təlimlər keçirib. Günorta saatlarında isə canlı qüvvənin hərəkəti müşahidə olunub. Eyni zamanda ermənilərə məxsus hərbi texnikanın Xocavənd rayonu istiqamətində də hərəkəti müşahidə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























