• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan yaddaşını gücləndirən qidalar

İnsan yaddaşını gücləndirən qidalar
14.10.2016 21:48
Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

ANN.Az atv.az-a istinadən bildirir ki, 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər hafizəni yaxşı formada saxlamağa kömək edir.

Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir. 

Yaddaşı gücləndirən qidalardan biri alma qabığıdır. Alma qabığının içində olan antioksidantlar hafizə və yaddaş itkinlərinə qarşı qoruyucudur.
Gün ərzində bir ədəd alma yemək ümumi sağlamlıq üçün də faydalıdır.

Diqqət problemi olanlar isə istəyə uyğu qoz, fındıq və digər çərəzlərdən faydalana bilər.

Omega-3 baxımından zəngin olan qoz, fındıq, fıstıq kimi qidalar qavrama problemi olanlara təsirlidir.

Kök isə beyinin maddələr mübadiləsini canlandıraraq, xatırlama qabiliyyətini artırır. Həmçinin tərkibində beyinin maddələr mübadiləsini canlandıran fermentlər var. Zəncəfil, avokado və bəzi ədviyyatlar da yaddaşı gücləndirməyə təsirlidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol