• $
  • €
  • ₽
  • ₺
  • £

11 gün yuxusuz qalsanız... - İnsan bədəni ilə bağlı maraqlı faktlar

11 gün yuxusuz qalsanız... - İnsan bədəni ilə bağlı maraqlı faktlar
15.10.2016 15:12
Alimlər insan bədəni ilə bağlı qəribə faktlar açıqlayıblar.

Publika.az-ın xarici mətbuata istinadən xəbər verir ki, alimlərin araşdırmasına görə insan bədənindəki elektrik enerjisi 25 Vatlıq bir lampanı bir neçə dəqiqə işlədə bilər.

İnsanların dillərinin də izi barmaq izi kimi təkrarolunmazdır.

Orta yaşlı insanlarda sümüklərin sayı uşaqlardan daha azdır. Araşdırmaya görə, insan doğulanda bədənində 270 sümük olur. Lakin inkişaf etdikcə sümüklər bir-biri ilə qaynayır və 206 sümük qalır.

İnsan bədəninin hər santimetrinə düşən tük sayı meymunlarla eynidir.

Mədənin selikli qişasının üst təbəqəsinin ömrü qısa olduğuna görə 3-4 gündən bir yenilənir. Əgər yenilənməsəydi, mədədəki qidanı həzm etmək üçün istifadə edilən turşular mədəyə də ziyan verərdi.

Alimlərin sözlərinə görə, qulaq kiri sağlamlıq üçün lazımlıdır. O qulağın özünü müdafiəsi üçün çox önəmlidir. O iç qulağı bakteriya, göbələk, böcəklərdən qoruyur.

Qadınlar anadangəlmə kişilərdən daha yaxşı dad anlayırlar. Həmçinin araşdırmalar zamanı sübut edilib ki, qadınlar qoxunu da kişilərdən daha yaxşı fərqləndirə bilir. Qadınlar 50 min fərqli qoxunu xatırlaya bilirlər.

Alimlərin fikrincə İQ yüksəldikcə insan daha çox yuxu görür. Bu doğru ola bilər. Amma yuxularınız yadınızda qalmırsa, narahat olmayın. İnsanların çoxu bu problemi yaşayır. Çünki yuxuların müddəti adətən 2-3 saniyə olur.

İnsan bədəninin hər santimetrində təxminən 32 milyon bakteriya yaşayır. Onların böyük əksəriyyəti zərərsizdir.

Sarışın insanların saçı daha çox olur. Bir insanda orta hesabla 100 min saç teli varsa, sarışınlarda bu 110 min, qəhvərəngi saçlılarda 100 min, qızılı saçlı insanlarda 86 minə qədərdir.

Bəzən insanlar yuxusuzluqdan öldüklərini deyirlər. Bu mübaliğə olmaya bilər. Çünki insan həftələrlə ac qalsa, ölməyə bilər. Ancaq 11 gün yuxusuz qalsa, növbəti gün əbədi yuxuya gedə bilər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol