• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda heyvanlar tərəfindən meyiti parçalanmış “avtoritet”in kimliyi açıqlandı

Bakıda heyvanlar tərəfindən meyiti parçalanmış “avtoritet”in kimliyi açıqlandı
15.10.2016 10:55
Bakıda meyiti heyvanlar tərəfindən parçalanmış şəxsin kimliyi müəyyənləşib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib.
 
Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Andrey Nikalayeviç Bakay olması müəyyən edilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, oktyabrın 13-də paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
 
Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.
 
Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. APA-nın əldə etdiyi fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс” döyməsi var.
 
Onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol