• $
  • €
  • ₽
  • ₺
  • £

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
15.10.2016 13:40
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib.

Məhkəmənin mətbuat xidmətindən "Report”a verilnə məlumata görə, bununla bağlı qərar Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclasında qəbul edilib.

İclasda "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rafael Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qəbul edib.

Qərara əsasən, "Savalan” Açıq Səhmdar Cəmiyyətinin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarı Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib. İşə bu qərara uyğun olaraq, Azərbaycanın inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilən qaydada və müddətdə yenidən baxılacaq.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol