• $
  • €
  • ₽
  • ₺
  • £

24 ildir Azərbaycan vətəndaşı ola bilmir - VİDEO>

24 ildir Azərbaycan vətəndaşı ola bilmir - VİDEO>
15.10.2016 21:46
24 ildir ki, Qobustanın Xilmilli kəndində yaşayan Faiq Haqverdiyev Azərbaycan vətəndaşlığı ala bilmir.

O, 1982-ci ildə Gürcüstan respublikasının Dımanisi rayonunda doğulub. 10 yaşı olarkən Azərbaycana köç edib və orta təhsilini də burada alıb.

Milli.Az ARB TV-yə istinadən bildirir ki, Faiq bu müddət ərzində Azərbaycan vətəndaşı olduğunu təsdiq edən hər hansı bir sənədə sahib ola bilməyib. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də 24 ildir ki, problemi həll olunmayıb.

Nə qədər qəribə olsa da vətəndaşlıq ala bilməyən Faiq 2000-ci ildə həqiqi hərbi xidmətə göndərilib. Onun iddiasına görə, Qobustan rayon Hərbi Komisarlığına  çağırılarkən əlində yalnız doğum haqqında şəhadətnamə olub ki, bu da ona Gürcüstan Respublikası tərəfindən verilib.

Vətəndaşlıq ala bilməməsi Faiq Haqverdiyevin ailəsi üçün problem yaradır. 14 il əvvəl ailə qurmasına baxmayaraq hələ də rəsmi nikah bağlaya bilməyib. Ən böyük problem isə övladları ilə bağlıdır. Cütlüyün 2 övladı 7 və 5 ci sinifdə oxuyur. Sənədlərin olmaması səbəbində onların təhsili 9 -cu sinifdən etibarən məhdudlaşdırılacaq.

Məsələ ilə bağlı Qobustan rayon polis şöbəsinin qeydiyyat bölməsi ilə əlaqə saxladıq. Bizə bildirildi ki, sözü gedən  şəxslərin problemi haqqında məlumatlıdırlar. Onların şəxsiyyət vəsiqəsi ilə təmin olunması yalnız dövlət miqrasiya idarəsi tərəfindən həyata keçirilə bilər. "Vətəndaşlıq mənsubiyyətinin tanıması " barədə sənəd Qobustan rayon polis bölməsinin Qeydiyyat şöbəsinə  təqdim olunduğu təqdirdə ona şəxsiyyət vəsiqəsi veriləcək. Gürcüstan respublikası vətəndaşılıqın qəbul etmək  istədikləri halda isə bu ölkənin səfirliyinə müraciət edərək "Ölkədən çıxma vərəqəsi " alaraq geri qayıda bilər.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol