Məktəb direktoru təhsil şöbəsinə müdir təyin edildi

Ağcabədi rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.
ANN.Az Report-a istinadən xəbər verir ki, rayonun S.İbrahimov adına 8 saylı tam orta məktəbinin direktoru Anar Qasımov müvafiq əmrlə rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Ağcabədi rayon təhsil şöbəsinin əvvəlki müdiri Mehdi Əkbər oğlu Əhmədov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsində apardığı yoxlamalar nəticəsində aşkar olunan nöqsanlara görə, vəzifəsindən azad olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























