Güclü yağış, külək... - Bu günün havası

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-17, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























