• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur videonun qəhrəmanı bu yol polisi imiş - VİDEO

Məşhur videonun qəhrəmanı bu yol polisi imiş - VİDEO
16.10.2016 11:35
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşı, polis serjantı Tusi Kamal oğlu Bayramzadə Bakı-Quba avtomobil yolunun 47-ci kilometrliyində xidmət apararkən dəmir qurğuların arasında qalan bir yeniyetmə qızı görür.
 
ANN.AZ avtosfer.az-a istinadən məlumat verir ki, həmin uşaq nə az, nə çox düz dörd saat qurğular arasında insanlardan kömək istəyir. Bu anı görən polis serjantı xidməti maşınının mayakını yandıraraq geriyə hərəkət edir. Bu istiqamətdə sürət həddi saatda 110 kilometrdir. Çətin vəziyyətdə olan qız uşağına köməklik göstərir və hərəkətin təhlükəsizliyini təmin etməklə yolun o biri hissəsinə keçirir.

Təbii ki, bu səhnəni çoxları görüb və heç bir sürücü avtomobili saxlayıb yeniyetməni həmin yerdən götürməyib. Polis serjantı Tusi Bayramzadə deyir ki, mənim vəzifə borcum və eləcə də insanpərvərlik duyğularım tələb etdi ki, bu addımı atım. Əgər o qız uşağını həmin an çətin vəziyyətdən qurtara bilməsəydim özümü bağışlaya bilməzdim.

Bundan əlavə, Tusi Bayramzadə Bakı-Quba avtomobil yolunda hər gün gəlib duran və hərəkətin təhlükəliyinə şərait yaradan bir sahibsiz qadını və onun uşağını da "Xəzər"TV-də yayımlanan verilişin aparıcısı Xoşqədəm Hidayətqızına təqdim edib. Bundan sonra həmin qadını işə düzəldiblər və sığınacaqla təmin ediblər.

Ümüumiyyətlə, 1-ci tağımın əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı, qəza vəziyyətində olan sürücülərə, sərnişinlərə həmişə kömək göstəriblər. Bu barədə tağım komandiri, polis mayoru Ürfət Şükürov da öz fikirlərini bildirib. Tusi Bayramzadə haqqında isə tağım komandiri dedi ki, o, dəfələrlə qəza baş vermiş zaman ağır vəziyyətdə olan sərnişinlərə yaxından köməklik göstərib. Məhz bu cür nümunəvi hərəkətlərinə görə o, Daxili İşlər Nazirliyi tərəfindən "Əla xidmətə görə" döş nişanı ilə təltif olunub və bir neçə dəfə mükafatlandırılıb. Bu gün də biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobil yolunda sürücülər, sərnişinlər və yol polisi arasında yüksək mədəni münasibətlər yaransın və hər iki tərəf bir-biriylə normal davransın. Belə olanda biz də xidmət apardığımız işdən zövq alırıq.

Qeyd edək ki, bu ilin avqustunda Avtosfer.az saytı, Jurnalistika və İnkişaf Mərkəzi, eləcə də "Digesta" hüquq firması bir qrup DYP əməkdaşını xidmətdə fərqləndiklərinə görə mükfatlandırıb. Onların arasında Tusi Bayramzadə də var. O bir daha sübut etdi ki, bu mükafata həqiqətən da layiqdir.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol