• $
  • €
  • ₽
  • ₺
  • £

Sərxoş vətəndaşı sulayan polislə bağlı AÇIQLAMA

Sərxoş vətəndaşı sulayan polislə bağlı AÇIQLAMA
29.05.2020 10:33
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polisin vətəndaşı sulamasını özündə əks etdirən video materialla bağlı araşdırma aparıb.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə videosu yayılmış həmin hadisə iki il əvvəl baş verib:

"Polis əməkdaşının səkidə yatan bir nəfəri su ilə islatmasını əks etdirən video sosial şəbəkələrdə və bəzi xəbər saytlarında ictimailəşəndən sonra qısa bir araşdırma apardıq. Məlum oldu ki, videoda qeyd olunanlar dünənin-bu günün hadisəsi deyil, iki il əvvəl baş verib. Günün günorta vaxtı şəhərin mərkəzində səkidə uzanan insan isə evsiz deyil, spirtli içki düşkünü olan birisidi. O da müəyyən olundu ki, yatan sərxoşu islatmaqla ayıldan polis əməkdaşı da hazırda daxili işlər orqanlarında xidmət etmir, təxminən bir il bundan əvvəl, 2015-ci ilin dekabrından təqaüdə çıxarılıb.

Belə olan halda sual yaranır: iki il əvvəl xəlvəti qeydə alınan videonun bu gün yayılaraq ictimailəşdirilməsi hansı məqsədə xidmət edir? Bu videonu "şok görüntü” kimi tələm-tələsik öz səhifələrinə yerləşdirən saytlar nədən heç bir araşdırma aparmayıb? Görünür, ictimai asayişi uğurla təmin edən, cinayətkarlıqla mübarizədə barışmaz olan polis əməkdaşlarının gündən-günə artan nüfuzu kimlərinsə "kürkünə birə salır”. Onlar da internet istifadəçilərini aldadaraq illər əvvəl kol-kos dibində yatıb xəlvəti çəkdikləri videoları, fotoları bugünün reallığı kimi təqdim edirlər. Amma unudurlar ki, belə primitiv üsullarla Azərbaycan polisini nə vətənə və xalqa xidmətdən, nə də cinayətkarlıqla mübarizədən bir anda olsun yayındırmaq mümkün deyil”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol