• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil İdarəsi: "Məktəblərində istilik təchizatı ilə bağlı problemlər qalmaqdadır"

Təhsil İdarəsi: "Məktəblərində istilik təchizatı ilə bağlı problemlər qalmaqdadır"
17.10.2016 19:58
Bakının bəzi məktəblərinin istiliklə təchiz olunması ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır.
 
APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, ötən tədris ilinin aprel ayından məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılıb. Onun sözlərinə görə, bu gün istilik sistemində problem olan məktəblərin hər birinin siyahısı müəyyənləşdirilib. Qış mövsümünün başlamasına 1 aydan az müddətin qaldığını deyən M.Vəliyeva qeyd edib ki, idarə tərəfindən problemlərin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə verilən müvafiq təkliflər aidiyyatı orqanlara göndərilib: "Bu məsələ diqqət mərkəzində olan və ən önəmli məsələlərdən biridir. Dəqiq say deyə bilmərəm, ancaq belə məktəblər mövcuddur. Lakin bu problem az sayda məktəbləri əhatə edir. Bəzi məktəblərdə isə problem artıq yay dövrü ərzində aradan qaldırılıb”.
 
Təhsil İdarəsinin müdiri əlavə edib ki, son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti Bakı məktəblərindəki davamiyyətə hər hansı bir təsir etməyib: "Bu gün daha çox yağış yağıb. Bakı ətrafı ərazilərdə dərsə davamiyyətin aşağı düşməsi qeydə alınıbsa da, bu, obyektiv səbəblərdən-yollarda yaranan çətinliklərdən irəli gəlib. Ancaq hesab etmirəm ki, bu hava məktəblərdə davamiyyətin aşağı düşməsi və ya tədrisin dayanmasına səbəb ola bilər”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol