• $
  • €
  • ₽
  • ₺
  • £

Pambıq yığımı dayandırıldı - Yağış ciddi ziyan vurub

Pambıq yığımı dayandırıldı - Yağış ciddi ziyan vurub
18.10.2016 15:37
"Respublika ərazisində günlərdir yağan aramsız yağışlar payızlıq bitkilərin əkini üçün əlverişli olsa da, pambıq yığımına maneçilik törədir”.

ANN.AZ xəbər verir ki, bunu AzVision.az -a Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib. Nazirlik rəsmisi qeyd edib ki, yağışın yağması payızlıq bitkilərin əkini üçün çox əlverişlidir. 

"Artıq 85 min hektar ərazidə taxıl əkini başa çatıb. Amma payızda yığımı davam edən məhsullar üçün yağış ziyandır. Aramsız yağışlar pambıq yığımına maneçilik törədir, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Optimal müddətdə pambıq yığımını başa çatdırmağa çalışırıq. Sonuncu məlumata əsasən, 40 min ton məhsul istehsal olunub və tədarük məntəqələrinə təhvil verilib. Gündəlik pambıq yığımının həcmi 110-150 ton arasıdır. Məlumatlara əsasən oktyabrın 20-dək yağış davam edəcək. Hazırda rayonlarda yığım prosesi dayanıb. Yağış kəsiləndən sonra intensiv sürətdə pambıq yığımı davam edəcək. Mövsümün sonuna qədər 100 min tondan artıq pambıq yığımı gözlənilir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol