Bir gündə 4796 sürücü cərimələndi

Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 4796 sürücünün inzibati xəta törətdiyini aşkar edib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Bildirilib ki, oktyabrın 17-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 1695 sürücüyə elektron protokol (MMX) tərtib edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























