Qusarda dəhşətli yanğın: Mağazalar kül oldu

Qusarda yanğın hadisəsi qeydə alınıb.
ANN.AZ-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzi bazarının ərazisində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 500 m² olan geyim mağazalarının dam örtüyünün, satış piştaxtalarının yanar konstruksiyaları və mallar 200 m² sahədə, ona bitişik hər birinin sahəsi 20 m² olan 2 geyim mağazasının yanar konstruksiyaları, içərisindəki mallar yanıb.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























