• $
  • €
  • ₽
  • ₺
  • £

Telefon dükanı adı aldında valyuta dəyişir - VİDEO

Telefon dükanı adı aldında valyuta dəyişir - VİDEO
18.10.2016 21:45
Bakıda telefon dükanı adı aldında valyuta dəyişir...  Lisensiyası ləğv edildiyindən məntəqəni kiçik bir telefon mağazasına çevirib. Cəmi bir neçə telefon olan mağazanın fəaliyyət istiqaməti isə əslində fərqlidir.

Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildiyindən o, belə üsula əl atıb. Telefon dükanı kimi qələmə verdiyi mağazada valyuta dəyişir. Çəkiliş etdiyimizi görəndə isə dolların məzənnəsini göstərən yazını sökür.

Qara Qarayev prospektində Neftçilər metrostansiyasının yaxınlığında qanunsuz yolla fəaliyyət göstərən daha bir valyutadəyişmə məntəqəsi var. Oranın sahibi isə fəaliyyətini gizlətmək üçün çöl lövhəyə məzənnə vurmayıb.

ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, məntəqəyə daxil olduqda görünür ki, həm yerdə, həm də  elektron lövhədə dollar, avro və  rublun məzənnəsi yazılıb. Halbuki, valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.

Kameranı gördükdə isə pəncərəni bağlayaraq gizlənməyə çalışır.

Şahidlərin sözlərinə görə, bu valyutadəyişmə məntəqələri günün pik saatlarında fəaliyyət göstərirlər. Sahibləri həbs olunmaqdan qorxduqları üçün digər vaxtlarda qapını bağlı saxlayırlar.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, belə fəaliyyət qanunsuzdur. Valyuta mübadiləsi əməliyyatları yalnız bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.

"Biz həmin məntəqələrlə bağlı araşdırma aparıb, hüquq mühafizə orqanlarına xəbər verəcəyik",- deyə məlumatda bildirilib.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol