• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar arasında yayılan yüksək hərarətli hallar nə ilə bağlıdır?

Uşaqlar arasında yayılan yüksək hərarətli hallar nə ilə bağlıdır?
19.10.2016 10:07
Son vaxtlar məktəbə qədər və məktəb yaşlı uşaqlar arasında anidən qalxan hərarət halları müşahidə edilməkdədir.

Valideynlərin narahatlığı ondan ibarətdir ki, axşam vaxtı müşahidə edilən hərarət adətən 39-40 dərəcəyə qədər qalxa bilir. Bəzən bu daha zəif uşaqlarda çox pis nəticələr verə bilir. Bununla bağlı həkimlər müxtəlif məsləhətlər verirlər.

ANN.Az deyerler.org-a istinadən bildirir ki, pediatr İlhamə Rüstəmovanın sözlərinə görə, yüksək temperatur bəzən riskli bir hal alır: "Dünyada elmə belə məlum olmayan müxtəlif viruslar var. Bu baxımdan hər hansısa bir uşaqda anidən hərarətin qalxması məhz o cür virusların aktivləşməsi və ya həmin virusa yoluxma ilə bağlı ola bilər. Eyni zamanda onu da bilmək lazımdır ki, bu cür durumlarda hərarətin qalxması çox normaldır və orqanizmin virusla mübarizə aparmasının göstəricisidir. Bu baxımdan hərarət 38 dərəcəyə çatana qədər biz heç bir dərman və ya digər müdaxilələrin edilməsini məsləhət görmürük və özümüz də müdaxilələr etmirik. Amma yüksək temperatur bəzən riskli bir hal alır. Kəllədaxili təzyiqi və nevroloji problemi olan uşaqlarda yüksək temperatur qıcolmalara səbəb ola bilər. Bu baxımdan hərarət 38 dərəcədən yüksək olduqda qızdırma əleyhinə müəyyən tədbirlər görürük. Valideynlər şamlardan və siroplardan istifadə edə bilərlər. Adətən immuniteti zəif, bədən müqaviməti az olan insanlarda bu cür qəfil yoluxmalar daha aktiv şəkildə müşahidə edilir. Bu baxımdan mütləq immuniteti qaldırmaq üçün zəruri addımlar atılmalıdır".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol