Yeni mərkəzlərin fəaliyyəti dövlət biznes tərəfdaşlığı prinsiplərinə əsaslanır

"İlk işimiz peşə təhsili konteksinin baxışını formalaşdırmaqdır".
ANN.Az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ilk peşə ixtisas təhsili müəssisələri ilə keçirilən press-brifinqdə deyib.
Direktorun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə ixtisas müəssisələri şəbəkəsinin rasionallaşdırması ilə bağlı qərar qəbul edilib:
"Qarşıda duran vəzifələr müəyyən edilib, işlər görüləcək. Yeni peşə təhsili mərkəzlərinin fəaliyyəti dövlət biznes tərfdaşlığı prinsiplərinə əsaslanaraq, əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək".
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























