• $
  • €
  • ₽
  • ₺
  • £

BŞTİ 25 yeni layihəyə start verir

BŞTİ 25 yeni layihəyə start verir
19.10.2016 12:47
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihəni əhatə edən 8 fəaliyyət istiqaməti müəyyənləşdirilib.

Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, "Səmərəli məktəb yaradaq” fəaliyyət istiqaməti çərçivəsində "Məktəb Seminarları", "75 Məktəb", "Məktəb Psixoloqları Klubu”, "Məktəbin Elektron Pasportu”, "Məktəb İnspeksiyaları”, "Məktəb İdarəetməsinin Dəstəklənməsi”,  "Məktəbə Dəstək” layihələri həyata keçiriləcək. Yeni layihələrin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdən ibarətdir.

"Təfəkkürün İnkişafı” fəaliyyət istiqaməti üzrə şagirdlərdə məntiqi, yaradıcı və tənqidi düşüncənin formalaşdırılıb inkişaf etdirilməsi məqsədini daşıyan "Lütfi Zadə adına II Məntiq Olimpiadası”, "Öz Əsərini Yarat”, "Məktəblinin Təhsil Müzakirələri” layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Oxu və yazı bacarıqlarının, analitik düşüncənin inkişafına yönəlmiş "Mütaliə və Yazı Bacarıqlarının İnkişafı” fəaliyyət istiqaməti üzrə "Oxu Marafonu”, "Qlobal Yazı”, "Kitabxana Dərsləri” layihələri reallaşdırılacaq.

"İKT və Müasirlik” fəaliyyət istiqamətinə daxil olan "İnformatika Layihə Olimpiadası” və "Birinci Sinifdən Proqramlaşdırmanın Tədrisi” layihələri isə şagirdlərdə İKT üzrə savadlılığın artırılması məqsədini daşıyır.

Şagirdlərdə xarici dillərə marağın oyadılması, xarici dil səviyyəsinin təkmilləşdirilməsi məqsədlərinə xidmət edən "Xarici Dillər” fəaliyyət istiqaməti üzrə "İngilis dili Olimpiadası” və "Dövlət Məktəblərində İngilis dilində Danışıq Qabiliyyətinin İnkişaf Etdirilməsi” layihələrinin, həmçinin bir sıra digər tədbirlərin reallaşdırılması  planlaşdırılıb.

Şagirdlərdə təbiətə sevgi, ətraf mühitin qorunması amalını aşılayan "Ekoloji Sərgi” və digər bir sıra layihələri birləşdirən "Ekologiya və Sağlamlıq” fəaliyyət istiqaməti çərçivəsində "Yaşıl Məktəb” ideyasını təbliğ edən müvafiq tədbirlər  həyata keçiriləcək. 

"Qlobal Vətəndaşlıq” fəaliyyət istiqaməti şagirdlərə yerli cəmiyyətdə və qlobal sferada vətəndaşlıq mövqeyi aşılayan silsilə layihələri ehtiva edir.

Qabaqcıl təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması və bu çərçivədə uğur əldə etmək məqsədi ilə "Beynəlxalq Əməkdaşlıq” fəaliyyət istiqaməti müəyyən olunub. Bu istiqamət çərçivəsində "YUNESKO Assosiativ Məktəblər” proqramı şəbəkəsinin genişləndirilməsi, "Beynəlxalq Məktəb” və şagirdlərin beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyən bir sıra digər layihələrin icrası nəzərdə tutulub.

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol