Azərbaycanlı sürücülər Rusiyada nə qədər qala bilər?

Sabah Bakıda beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Rusiya Qarışıq Komissiyasının növbəti iclası keçiriləcəkdir.
ANN.Az milli.az-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, iclasda Azərbaycan nümayəndə heyətini DANX-nin rəisi Elnur Abdullayev, Rusiya tərəfdən isə Nəqliyyat Nazirliyinin Avtomobil və şəhər sərnişin nəqliyyatı sahəsi üzrə dövlət siyasəti departamentinin direktoru Aleksey Sergeyeviç Bakirey təmsil edəcək:
"İclasda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında beynəlxalq avtomobil daşımalarının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq avtomobil daşımaları ilə məşğul olan sürücülərin digər tərəfin ərazisində qalma müddətlərinin dəyişdirilməsi, həmçinin sərnişin və yük daşımaları məsələləri, "İcazə" blanklarının kontingentinin müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcəkdir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























