• $
  • €
  • ₽
  • ₺
  • £

Arıqlamağın faydaları: 5 XƏSTƏLİKdən qorunacaqsınız!

Arıqlamağın faydaları: 5 XƏSTƏLİKdən qorunacaqsınız!
19.10.2016 20:02
Bədən çəkisinin normal olması insanın sağlamlığında olduqca böyük rol oynayır. Məhz bu səbəbdən bir çox xəstəliklərin əsas profilaktik tədbirlərindən biri bədən çəkisini normada saxlamaqdır.

Artıq çəkidən azad olmaqla siz özünüzü bir çox ciddi xəstəliklərdən qoruya bilərsiniz.
 
Aile.lent.az saglamolun.az-a istinadən həmin xəstəlikləri sadalayır.
 
- Ürək-damar sistemi xəstəlikləri
Artıq çəkisi olan insanlarda normal çəkisi olan insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin riski 3-4 dəfə çoxdur. Belə insanlarda ürək böyük gərginliyə məruz qalır və bu, ürəyin daha tez yaşlanmasına, ürəkdə müxtəlif pozulmaların əmələ gəlməsinə səbəb olur.
Bu səbəbdən artıq çəkidən azad olmaqla bu xəstəliklərin riskini xeyli azaltmaq mümkündür. Nəzərə almaq lazımdır ki, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbi sayılır.
 
- Şəkərli diabet
Statistika göstərir ki, 2-ci tip şəkərli diabeti olan insanların 90%-də artıq çəki var. Piylənmə zamanı karbohidratların mübadiləsi pozulur, hüceyrələrin insulinə qarşı həssaslığı azalır. Bunlar isə şəkərli diabetin inkişafına təkan verir.
Şəkərli diabetin əsas profilaktik tədbiri bədən çəkisini normada saxlamaqdır.
Şəkərli diabet xəstəliyi olan insanlarda çəkinin azalması vəziyyətini xeyli yaxşılaşdırır.
 
- Qaraciyərin piylənməsi (hepatoz)
 
Artıq çəkisi olan insanlarda piy qaraciyərdə yığılmağa başlayır. Nəticədə orqanın fəaliyyəti pozulur, ağır, geriyədönməz pozulmalar inkişaf edir (sirrozun inkişafına qədər).
Arıqlamaqla siz özünüzü ağır qaraciyər xəstəliklərindən qoruya bilərsiniz.
 
- Oynaq xəstəlikləri
Artıq çəkisi olan insanlarda oynaqlar (söhbət bütün oynaqlardan və o cümlədən onurğa sütünundan gedir) həddindən artıq yüklənir və bu da oynaqlarda pozulmaların inkişafına gətirib çıxardır.
 
- Menstrual dövrün pozulması və sonsuzluq
Piy toxuması qadın hormonlarını ifraz etmək qabiliyyətinə malikdir. Qadın orqanizmində cinsi hormonların balansının pozulması (onların artıqlığı və ya əskikliyi) menstrual dövrün pozulmasına, ovulyasiya ilə olan problemlərə və nəticədə sonsuzluğa səbəb ola bilər.

Məhz bu səbəbdən həkimlər sonsuzluqdan əziyyət çəkən artıq çəkisi olan qadınlara bədən çəkisini normallaşdırmağı tövsiyə edirlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol