• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: “Ukrayna ilə kompleks əməkdaşlığın həyata keçirilməsində maraqlıyıq”

Səfir: “Ukrayna ilə kompleks əməkdaşlığın həyata keçirilməsində maraqlıyıq”
19.10.2016 17:09
Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Xudiyev Caspian Energy İnternational Media Group-un redaksiyasına baş çəkmiş və Caspian Energy jurnalının prezidenti və baş redaktoru Natalya Əliyeva ilə görüşüb. 
 
Azərbaycanın Ukraynada yeni təyin edilmiş səfiri Azər Xudiyev redaksiyaya gəlişi zamanı iki dövlət arasında informasiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini və bu işdə Caspian Energy kimi beynəlxalq kütləvi informasiya vasitələrinin xüsusi rol oynadığını qeyd edibr. Diplomat 4-cü Beynəlxalq Caspian Energy Forum-un Bakıda keçirilməsinin və tədbirdə Ukrayna şirkətlərinin iştirakının aktuallığını vurğulayıb.

Dövlətlərimiz arasındakı ikitrəfli əlaqələrdən bəhs edərkən A.Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Petro Poroşenko arasında bu yaxınlarda Bakıda baş tutmuş danışıqların enerji, ticarət, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq sahələrində Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına yeni təkan verdiyini, müxtəlif sahələrdə bir sıra nüfuzlu layihələrə gücləndirilmiş hazırlığın başlandığını qeyd edib.

"Hal-hazırda Azərbaycan və Ukrayna hökumətlərarası komissiyalarının iqtisadi-ticari əməkdaşlıq üzrə qəbul etdiyi qərarların icrası ilə bağlı gərgin iş gedir. Kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələr möhkəmlənir, meyvə-tərəvəz məhsullarının tədarük həcminin artırılması, həmçinin onların hər iki dövlətin ərazisində emalı məqsədilə müvafiq ortaq müəssisələrin yaradılması məsələlərinə baxılır. Biz Azərbaycan məhsulunun Ukraynaya ixracatını artırmaqda maraqlıyıq”, - deyə səfir çıxışına davam edib. A.Xudiyevin Bakıda Azərbaycan tərəfindən Ukraynaya enerji resursları tədarükü imkanlarının  müzakirə edildiyini və bu baxımdan karbohidrogenin Odessa-Broda kəməri vasitsəilə nəqlinin nəzərdən keçirildiyini bildirib. "Sözsüz ki, neftin Odessa-Broda boru kəməri vasitəsilə nəqli layihəsinin yenilənməsi hər iki dövlət üçün sərfəlidir və mənim fikrimcə, bu, kompleks əməkdaşlığın ən yaxşı tərəflərindən biri olacaq”, - deyə diplomat qeyd edib.

Görüşün sonunda Azər Xudiyev Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, bir sıra konkret istiqamətlərə və layihələrə toxunmuş, enerji bazarının, həmçinin turizm sektorunun inkişaf perspektivləri barədə danışıb.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol