• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb direktoru müəllimi döyüb? - Açıqlama

Məktəb direktoru müəllimi döyüb? - Açıqlama
20.10.2016 10:36
Ağdam rayonunda Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayevi döyməsi barədə məlumatlar yayılan rayonun Baharlı kənd orta məktəbinin direktoru Fəqan Səfərov Trend-ə açıqlama verib.

Məktəb direktoru bildirib ki, məsələdən məlumatı olmayıb: "Problem artıq həllini tapıb. Bu işdə mənim adım qəsdən hallandırılmışdı və həmin şəxsin kimliyi də məlumdur. Həmin şəxsi məhkəməyə vermək üçün sənədlər hazırlayıram. Hadisə başqa cür olub. Şirazi müəllimlə mənim qardaşım arasında torpaq sahəsində mübahisə yaranıb və onlar dalaşıblar. Şirazi müəllim də həmin vaxt əsəbi olduğu üçün şikayət edib. Bəzi şəxslər isə bunu bilərəkdən ölkə telekanallarından birinin Ağdamdakı bölgə müxbirinə məlumat verib və bildiriblər ki, guya Şirazi müəllimi mən döymüşəm. İş araşdırıldı və məlum oldu ki, hadisədə mənim heç bir günahım yoxdur, Şirazi müəllimlə qardaşım dalaşıb. Artıq polis tərəfləri barışdırıb və məsələ həll olunub".

Xatırladaq ki, Səfərli kənd orta məktəbinin direktor müavini Ş.Ağayevin məktəbin müəlliməsi Şahnaz Əliyevanın dərsi icazəsiz tərk edib evə getməsi barədə məktəb direktoruna və müəllimənin həyat yoldaşı, Baharlı kənd orta məktəbinin direktoru F.Səfərova məlumat verməsi, məktəb direktorunun da buna görə Ş.Ağayevi döyməsi barədə məlumat yayılmışdı.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol