• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu”"da böyük ixtisar başlayacaq? - Açıqlama

"Azərsu”"da böyük ixtisar başlayacaq? - Açıqlama
20.10.2016 13:31
Xəbər verdiyimiz kimi Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib.

Qərara əsasən, "Azərsu" ASC-nin Ekologiya İdarəsi "Bakı Sukanal" İdarəsinə, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib. Həmçinin "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti, "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən edilib.

Cəmiyyətin "Mingəçevir Sukanal" İdarəsi və "Şirvan Sukanal" İdarəsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil edilib.

Qurumun tərkibində fəaliyyət göstərən idarələrin bir-birinə birləşdirilməsi işçilərin kütləvi ixtisar edilməsi məsələsini gündəmə gətirir.

Milli.Az bildirir ki, qafqazinfo bununla bağlı "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. O bildirib ki, həmin müəssisələrin yeni strukturu hazırlanacaq: "Bundan sonra ştat cədvəli təsdiqlənəcək. Daha sonra işçilərin işə qəbulu prosesinə başlanılacaq. Çalışacağıq ki, işçilər öz işlərini itirməsinlər. Əvvəl iki mühasibətlıq var idi, indi isə bir mühasibatlıq olacaq. Əgər kimsə kənarda qalsa, digər müəssisələrdə onlar üçün iş təklif edəcəyik. 30-a yaxın rayon su kanal idarələrimiz fəaliyyət göstərir. Onlarda vakansiya elan edəcəyik ki, işçilər işsiz qalmasın. Qeyd edim ki, idarəetmənin optimallaşdırılması məqsədilə idarələrin birləşdirilməsinə qərar verilib".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol