Bu xəstəliklər üstünlük təşkil edir - Uşaqların müayinəsi

Ötən il Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin siyahısında ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub.
Dövlət Statistika Komitəsindən ATV.az-a verilən məlumata görə, ötən il 0-13 yaşlı uşalardan 343 min 289 nəfərinə ilk dəfə tənəffüs yolu xəstəliyi diaqnozu qoyulub.
Ümumillikdə, ötən il qeyd olunan yaşda olan 673 min 391 uşağa müxtəlif növ xəstəliklərlə bağlı ilk diaqnoz qoyulub.Onların arasında həzm və sinir sisteminin xəstəlikləri, qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar, endokrin sisteminin xəstəlikləri maddələr mübadiləsi və qidalanma pozğunluqları, travmalar, zəhərlənmə və xarici səbəblərin təsirinin digər nəticələrindən xəstələnənlər üstünülük təşkil edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























