• $
  • €
  • ₽
  • ₺
  • £

Teleradio Şurası əhaliyə müraciət etdi

Teleradio Şurası əhaliyə müraciət etdi
20.10.2016 13:37
Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmli yayım zamanı istifadə olunacaq dekoderlərlə bağlı əhaliyə müraciət edib.

MTRŞ-nin Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov bildirib ki, əhali HD formatı dəstəkləyən dekoderləri almalıdır.

Onun sözlərinə görə, bir çox telekanal HD formatda yayımlanır, gələcəkdə isə bir neçə telekanalın da HD formatına keçməsi planlaşdırılır ki, HD formatı dəstəkləməyən dekoderlərlə telekanalları izləmək mümkün olmayacaq: "Alınacaq dekoderlər HD formatını dəstəkləməlidir. Əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq”.

Şöbə müdiri qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2 şirkətlə danışıqlar aparsa da, hələlik həmin şirkətlərdən xarici ölkələrdən dekoderlərin gətirilməsi xahiş olunmayıb: "Bunun səbəbi ölkəmizin ticarət şəbəkələrində kifayət qədər dekoderin olmasıdır. Lakin şirkətlərdən hazır vəziyyətdə gözləmələri və lazım gəldikdə həmin dekoderlərin ölkəyə gətirilməsinin təmin olunması xahiş olunub. Göründüyü kimi bu məsələ ciddi şəkildə nəzarətdədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələn həftədən maarifləndirmə tədbirlərini gücləndirmək niyyətindədir”.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib. //APA

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol