• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir şəhid əsgərin ailəsinə ev verdi - FOTOLAR

Nazir şəhid əsgərin ailəsinə ev verdi - FOTOLAR
20.10.2016 14:26
Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, oktyabrın 20-də ekologiya və təbii sərvətlər Naziri Hüseyn Bağırov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ü.Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.
 
 
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ETSN-in sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.
Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 m2-lik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.
 
 
Tədbirdə iştirak edən yerli ictimaiyyətin nümayəndələri dövlət başçısı cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan razılıqlarını bildirib, bu tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını qeyd ediblər.

 
Şəhid Ü.Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol