• $
  • €
  • ₽
  • ₺
  • £

Bilik Fondundan balaca oxuculara hədiyyə

Bilik Fondundan balaca oxuculara hədiyyə
20.10.2016 22:12
Prezident yanında Bilik Fondunda bu qurumda istehsalat təcrübəsi keçən tələbələrin ingilis dilinə tərcümə etdikləri "Nağıllar" toplusunun təqdimatı keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qurumun təşəbbüsü və dəstəyi ilə dərc olunan jurnalda nağıllara çəkilən illüstrasiyaların müəllifləri Dövlət Uşaq Filarmoniyasının balaca rəssamlarıdır.

Təqdimat mərasimində uşaq yazarı Sevinc Nuruqızı, Dövlət Uşaq Filarmoniyasının direktoru əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Firudin bəy Köçərli adına Dövlət Uşaq Kitabxanasının əməkdaşları, təcrübəçi tələbələrin təhsil aldıqları Dövlət Dillər Universitetinin, Avrasiya Universitetinin müəllimləri, Fondun Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq Fondun uşaqlar, yeniyetmə və gənclər arasında apardığı maarifləndirici işlərdən bəhs edib. Yenicə çapdan çıxmış "Nağıllar” jurnalının ingilis dilini öyrənmək istəyən gənclərin kitabxanasında xüsusi yer tutacağına əminliyini ifadə edib. Məqsəd xalq yaradıcılığının məhsulu olan nağıllarla əcnəbiləri daha yaxından tanış etmək, ingilis dilini öyrənmək istəyən azyaşlı oxuculara mütaliə üçün töhfə verməkdir.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova bildirib ki, bu, tələbələrlə məktəblilərin birgə əməyinin bəhrəsi olan ilk belə dərgidir. Jurnaldan orta məktəblərdə, ingilis dili kurslarında dərs vəsaiti kimi yararlanmaq olar. Nəşrin Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllı Bilik evlərinə göndərilməsi, ölkədə fəaliyyət göstərən uşaq kitabxanalarına, bir sıra məktəblərə paylanması nəzərdə tutulub.

Uşaq yazarı Sevinc Nuruqızı, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva, dərginin redaktoru Nuriyə Allahverdiyeva, tərtibatçı rəssamı Gilan Əzizxanlı çıxış edərək Bilik Fondunun bu ideyasının təqdirəlayiq olduğunu dilə gətiriblər, belə bir jurnalın nəşr olunmasını yeniyetmə və gənclərə böyük qayğı və stimul kimi dəyərləndiriblər. Belə layihələrin davamlı olmasını arzulayan tədbir iştirakçıları yeni təkliflərlə çıxış ediblər.

Sonda tərcüməçilərə və balaca rəssamlara Fondun təşəkkürnamələri təqdim olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol