• $
  • €
  • ₽
  • ₺
  • £

Baş kardioloq: "Ürək-damar xəstəlikləri 10 faiz cavanlaşıb"

Baş kardioloq: "Ürək-damar xəstəlikləri 10 faiz cavanlaşıb"
20.10.2016 20:50
Son illər Azərbaycanda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb. 

Respublikanın baş kardioloqu Faiq Quliyev APA-ya deyib ki, ötən illər ərzində cavan şəxslərdə bu xəstəliyə rast gəlmə faizi 1%-dən 10%-ə çatıb. Onun sözlərinə görə, ürək-damar xəstəliklərinin geniş yayılması daha çox psixoloji gərginliklər, depressiya halları ilə əlaqədardır. 

F.Quliyev qeyd edib ki, Azərbaycanda qadınlara nisbətən kişilər daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir: "Qadınlar daim hərəkətdə olsalar da, kişilər daha çox hərəkətsiz olurlar. Eyni zamanda kişilər daha çox gərginlik keçirir, oturaq həyat tərzi də daim gərginlikdə qalma riskini daha da artırır. Buna görə də problemə daha çox kişilər arasında rast gəlinir”.
 
F.Quliyev əlavə edib ki, ürək-damar xəstəliklərinin artması həm də bu gün diaqnostik imkanların yaxşılaşması ilə əlaqədardır və nəticədə xəstəliyi daha erkən aşkar etmək mümkündür. Mütəxəssis vurğulayıb ki, fiziki aktivlik və normal qidalanma ilə ürək-damar xəstəlikləri riskini azaltmaq olar.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol