• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL reyslərində "Samsung Galaxy Note 7" smartfonlarının daşınmasını tam qadağan edib

AZAL reyslərində "Samsung Galaxy Note 7" smartfonlarının daşınmasını tam qadağan edib
21.10.2016 10:17
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) reyslərində "Samsung Galaxy Note 7" smartfonlarının əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olur.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.

Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir. 

Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə,  onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır.
 
Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.
 
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti qeyd edir: "Biz başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatlıq yarada bilər, lakin "Azərbaycan Hava Yolları" üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol