• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qrip epidemiyası təhlükəsi yaranıb? - AÇIQLAMA

Azərbaycanda qrip epidemiyası təhlükəsi yaranıb?  - AÇIQLAMA
21.10.2016 14:25
"Hazırda qrip infeksiyasının elə bir ciddi təhlükə təşkil edən dövrü deyil. Ölkə üzrə qrip virusuna yoluxma hallarında azalma müşahidə olunur".

Bunu lent.az-a açıqlamasında ölkə üzrə baş infeksionist Cəlal İsayev deyib.

C.İsayev bildirib ki, qış mövsümi yeni başladığından hazırda çox az, tək-tək qrip halları müşahidə olunur. Ancaq  qış aylarında bu sayda artım ola bilər.
 
Hələ ki, respublikada qrip epidemiyasının aşkarlanmadığını vurğulayan baş infeksionist qeyd edib ki, insanlar arasında qripə oxşar hallar, soyuqdəymə ilə bağlı müxtəlif xəstəliklər olur, bunun isə qrip olduğunu düşünürlər: "Amma kliniki baxımdan qripə oxşayan xəstəlik deyil. Başqa mənşəlidir. Bu il qriplə bağlı bizə müraciət edən olmayıb".
 
"Ötən illə müqayisədə hazırda kəskin respirator virus infeksiyasına rastlanma sayı çox azdır", - deyə C.İsayev əlavə edib.
 
Payız-qış mövsümi ilə əlaqəli soyuq fəsillərdə virus infeksiyasının, qrip ehtimalının artdığına diqqət çəkən C.İsayevin sözlərinə görə, bu viruslar soyuqda uzun müddət qala bildiklərindən onlarla yoluxma ehtimalı yüksəlir: "Ona görə qrip və digər kəsin respirator virus infeksiyalarının artma halı payız-qış mövsümünə təsadüf edir".
 
Baş infeksionist qrip və qripəbənzər infeksiyalardan qorunmaq üçün məsləhətlərini də verib.
 
İlk əvvəl sağlam həyat tərzinin, düzgün qidalanmanın və normal yuxu rejiminin vacibliyini vurğulayan C.İsayev tövsiyə edir ki, əhali infeksiyalardan qorunmaq üçün daha çox bitki məhsulları, meyvə-tərəvəz yeyilməli, vitaminlə zəngin qidalanmalıdır: "Bundan başqa xalq təbabətində qrip əleyhinə istifadə edilən müxtəlif vasitələr var. Məsələn, sarımsaq-soğan. Gündə bir dəfə bir ədəd sarımsaq və bir baş soğan yesinlər. Bu, qripdən qorunmağı, yüngül keçməsini şərtləndirə bilər. Cökə yarpağının çayını, kəklikotu, zəncəfil çayı, zəncirotu çiçəyi çayı, bütün bunlar antiviral təsirə malik olan vasitələrdir. Onlardan istifadə olunsa,  qripə yoluxsaq belə yüngül keçər. Orqanizmin vitamin balansı yüksək olmalıdır. Açıq havada gəzmək, idmanla məşğul olmaq lazımdır.  Normal yuxu rejimi olmalıdır. Spirtli içki və tütün məhsullarından uzaq durmaq məsləhətdir".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol