• $
  • €
  • ₽
  • ₺
  • £

800 müəllimin işdən çıxarılmasına rəsmi MÜNASİBƏT

800 müəllimin işdən çıxarılmasına rəsmi MÜNASİBƏT
21.10.2016 14:48
Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova rayonda 800-ə yaxın müəllimin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

ANN.Az xəbər verir ki, V. Hüseynova Qafqazinfo-ya açıqlamasında qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən onlara məktub daxil olub:
 
"Əvvəllər məktəb direktorları vakant olan yerlərə müqavilə əsasında işə götürə bilirdilər. Elə müəllim var idi ki, 2-ci, 3-cü iş yeri kimi 36 saata qədər dərs apara bilərdi. Yaxud imatahanda kəsilib balı aşağı olan müəllimlərlə hansı məktəblərdə vakant yer var idisə müqavilə bağlayırdılar. İndi isə bu məsələlərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunur. 6 saylı hesablaşma mərkəzinin rəhbəri və mən imza atandan sonra məktəb direktoru həmin müəllimlə müqavilə bağlaya bilər. Bunun üçün məktəbdə vakant yer olmalıdır. Əlavə yaranan vakant saata həvəsləndirmə olan yerlərdə minimum 30 bal, həvəsləndirməyə düşməyən məktəblərdə isə 40 bal olmaq şərtilə müqavilə bağlanıla bilər.

Biz kütləvi şəkildə müəllim çıxartmamışıq. Elə müəllim var ki, bal yığa bilmir, imtahandan kəsilir. Təhsil Nazirliyi tərəfindən də ora başqa müəllimlər göndərilir. Bunlar da başlayır şikayət etməyə ki haqsızlıq olub, dərs saatları gizlədilir. Bilsəm ki hansısa məktəb direktoru bunu edir, onu cəzalandırıram. Məndə 103 nəfər müəllimin siyahısı var. Bunun 33 nəfəri yüksək bal toplamış müəllimlərdir. 15 nəfər yeni vakansiya yarandı və bunu nazirliyə təqdim etdim. Hardasa 16-ya yaxın müəllim işdən çıxarılıb, qalan müəllimlər isə daimi iş yeri olan müəllimlərdir ki, bunlar da 2-ci, 3-cü iş yerində işləyirlər.

İndi biz nazirliyin 4 şərti ödənilməklə müqavilə əsasında müəllim götürə bilərik".

Təhsil Şöbəsinin müdiri müqaviləni yenidən təzələmək üçün müəllimlərdən 5000 manat tələb edilməsi məsələsinə də münasibət bildirib:

"Rayonda kimsə deyə bilməz ki, belə məsələlər var. Bunlar hamısı böhtandır. Kim ki imtahandan kəsilir, yaxud az bal toplayır şər böhtan atmağa başlayır. Ümumi əmrlə qanunvericiliyə uğun olaraq kimlərsə işdən azad edilir. Mən hər şeyi nazirliklə razılaşdırıram”.

Maraqlıdır ki, Təhsil Nazirliyi hələ də baş verən hadisəylə bağlı açıqlama verməyib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol