• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq

Azərbaycan dilində düzgün danışmayanlar cəzalanacaq
21.10.2016 15:00
Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq edilə bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə, xüsusilə, Pribaltika ölkələrində dövlət dilinin normalarını pozanlara qarşı inzibati qaydada cəza tədbirləri tətbiq olunur: 

"Yəni ədəbi dilin normalarını pozanlara qarşı maddi, yəni pul ödəmə cəzası tətbiq edilir. Tutaq ki, kimsə, çimərlik əvəzinə, "plyaj” deyirsə, "tıxac” əvəzinə, "probka” deyirsə, onlar pulla cərimələnir. Azərbaycanda da bunu kiçik məbləğdə pul cəriməsindən başlamaq olar. 

Yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirlər görülür və bu tədbirlər effektiv nəticəsini verir. Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı irəli sürdüyümüz təklif AMEA-nın rəhbərliyi tərəfindən bəyənilib. Amma bunun mexanizmini hazırlamaq lazımdır. Belə bir qanunun tətbiq olunması ilə bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırıla bilər".

Ədəbi dilin normalarının pozulması hallarının qarşısının alınması üçün institutun monitorinq şöbəsi tərəfindən daim monitorinqlərin keçirildiyini deyən M.Nağısoylu qeyd edib ki, belə halların olmaması üçün yalnız Bakıda deyil, digər rayon və şəhərlərdə də afişa, reklamlarla məşğul olan idarələrlə, hətta Səhiyyə Nazirliyi ilə (dərmanların içliklərinin hazırlanması ilə bağlı) müqavilə bağlamaq istəyirlər: 

"Bu tədbirləri həyata kerçirmək istəyirik ki, ədəbi dilin normalarının pozulması hallarının qarşısı alınsın. Ədəbi dilin normalarını gözləmək hamımızın vəzifəsidir. Bu, yalnız Dilçilik İnstitutunun işi deyil”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol