• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ
21.10.2016 16:27
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) yol hərəkəti qaydasını pozan sürücülərə xəbardarlıq edib.
 
İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, istənilən hava şəriatində sürücülər yolun asfalt qatının üzərindəki xəttin, o cümlədən yol kənarındakı nişanların tələblərini yerinə yetirməyə borcludur.

V.Əsədov qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən bilərkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıqdan yol hərəkəti qaydasının pozulması inzibati xəta sayılır və buna yol verənlər qanunla müəyyənləşdirilmiş formada cəzalandırılırlar:
 
"Əgər yağmurlu hava şəraitində sürücü yol nişanını görmürsə bu o demək deyil ki, o məsuliyyətdən azad olunur. Sürücü hərəkət etdiyi yolda nişanı və yaxud asfalt qatı üzərindəki xətti görmürsə onda ikinci dərəcəli zolaqla hərəkət edib üstünlüyü digər nəqliyyat vasitələrinə verməlidir".

Onun sözlərinə görə, yağmurlu, ciskinli hava şəraitində ən aşağı sürət həddi seçilməlidir:
 
"Yol və meteoroloji şərait nəzərə alınaraq əyləc məsafəsi sürət həddi ilə ölçülməlidir".

Bölmə rəisi əlavə edib ki, sürücülər yağmurlu hava şəraitində dövlət qeydiyyat nişanlarını təmiz saxlamalıdır:
 
"Belə olmadığı təqdirdə sürücü inzibati məsuliyyət daşıyır".

 
 
Qeyd edək ki, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 5990 nəfər sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Oktyabrın 20-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 41-i sükan arxasına sərxoş halda əyləşdiyinə, 3 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2630 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol