• $
  • €
  • ₽
  • ₺
  • £

Sakinlərin yolu bağlaması ilə bağlı icra hakimiyyətindən AÇIQLAMA

Sakinlərin yolu bağlaması ilə bağlı icra hakimiyyətindən AÇIQLAMA
21.10.2016 21:18
Son günlər paytaxtda intensiv yağan yağışlar Binəqədi rayonunda həyatı iflic edib. Yağış sularından sonra yaranan gölməçələr, palçıqlı yollar gediş-gəlişi çətinləşdirib.
 
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Modern.az-a verdiyi məlumata görə, yağış sularının fəsadlarının aradan qaldırılması üçün yol polisi əməkdaşları da əraziyə cəlb edilib.
 
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq verilən cavabda rayonda baş verən problem təsdiqlənib:
 
"Son günlər Bakı şəhərində iqlim normasından artıq intensiv yağan yağışlar nəticəsində rayonumuzun bir sıra yaşayış məntəqələrində subasma halları baş verib, sakinlərin normal həyat şəraiti pozulub”.
 
Qeyd edilib ki, güclü yağış sularının törətdiyi fəsadların aradan qaldırılması məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı yanında Müşavirə keçirilib:
 
"Fövqəladə Hallar Komissiyasına ciddi tapşırıqlar verilib. Komissiyanın sədri – Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun rəhbərliyi ilə rayonun aidiyəti qurumları – Rayon Sukanal İdarəsi, Rayon Polis İdarəsi, Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi, Yanğınsöndürmə İdarəsi, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Rayon İcra Hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr və digər qurumlar tərəfindən əraziyə xüsusi texnikalar cəlb edilərək dərhal təcili təxirəsalınmaz tədbirlər görülüb”.
 
Bildirilib ki, sakinlərin 1646 SMX-nə müraciətinə daha çevik reaksiya verilməsi məqsədilə rayonun hər bir qəsəbəsi üzrə Fövqəladə Hallar Komissiyasının Alt Qərargahları yaradılıb:
 
"Hazırda yağış suları ilə dolmuş ərazilərdə, xüsusilə də Xocəsən, Biləcəri, Rəsulzadə və Binəqədi qəsəbələrində bu istiqamətdə işlər davam etdirilir”.
 
Qeyd edək ki, bu gün Binəqədi sakinləri rayondakı vəziyyətlə bağlı etiraz aksiyası keçirib, yolu bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol