• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ana iki övladını qaçırıb İŞİD-ə qoşuldu – VİDEO

Azərbaycanda ana iki övladını qaçırıb İŞİD-ə qoşuldu – VİDEO
29.05.2020 04:51
"Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb öpmək istəyirəm. Ancaq birdən bura bomba atsalar səni bir də görə bilməyəcəm”

ANN.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu ifadələr anası tərəfindən Suriyaya qaçırılan 5 yaşlı qızcığazın atasına göndərdiyi mesajdandır.

Hadisənin təfərrüatları eşidənləri dəhşətə salır. Bunun qurbanları isə günahsız iki azyaşlı qızcığaz və çarəsiz bir atadır.

5 yaşlı Lalə Yusifova votsap vasitəsilə belə bir videonu atasına Suriyadan göndərib. Söhbət Abşeron rayonu Xırdalan şəhərində yaşayan 39 yaşlı İlqar Yusifovun başına gələn dəhşətli hadisədən gedir.

İlqar Yusifovun sözlərinə görə, əslində ailəsi üçün həyat normal axarında davam edirmiş. Ta ki, həyat yoldaşı Pərvanə Əhmədova qonşuluqda yaşayan özünü dindar bir insan kimi tanıdan qadınla yaxınlıq edənə kimi. Məhz bundan sonra ailələrində problemlər yaşanıb və bu, 2014cü ildə ailənin dağılması ilə nəticələnib.

Boşandıqdan bir neçə ay sonra isə Prəvanə Əhmədova 2 övladı 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çııxb.

İlqar Yusifov deyir ki, heç bir sənədi olmayan keçmiş həyat yoldaşı və uşaqları ölkədən qaçaq yolla çıxarılıb. Ata iki qızından ən son xəbəri isə 3 ay öncə alıb.

Uşaqların İŞİD silahlılarına məxsus silah-sursatlarla çəkdirdikləri şəkillər övladlarından xəbərsiz atanın nigaranlığını daha da artırır. Çarəsiz qalan İlqar Yusifov övladlarını necə geri qaytaracağını da bilmir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol