• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə indi insanlar filosofluq etmir?

Niyə indi insanlar filosofluq etmir?
22.10.2016 10:55
XIX əsrdə yaşamış fransız filosof Ogüst Kont deyirdi ki, fəlsəfə dövrü bitib və qısaca "fəlsəfənin yox olması” ideyasını ortaya atdı. Əsaslandırdığı məqamlar da o idi ki, artıq fəlsəfənin riyaziyyat, fizika, kimya  və s. elmlərlə rəqabət aparmağa gücü yoxdur. Zatən bu elmlər hər bir suala cavab vermək gücünə malikdir və ya məhz, buna can atır.

Əslində bəşəriyyətin formalaşdığı andan indiki zamana qədər əldə etdiyi bütün dünya görüşlərinin meydana gəlməsində fəlsəfə əsas rol oynayıb. İlk zamanlar meydana gələn mifologiya, sonra din və nəhayət müasir elmi dünyagörüşü heç də sonda bütün suallara cavab vermədi. Yenə də, gerçəyin dərk edilməsində fəlsəfəyə ehtiyac duyuruq. Ancaq dünyanın dərk edilməsində onun əvəzedilməz olduğunu çoxlarımız unuduruq. Yuxarıda qeyd olunan elmi dünyagörüşü və dinin insanların bütün suallarına cavab vermək iqtidarında olmadığı gün kimi bizə məlumdur. Nə qədər qalaq-qalaq kitablar yazılsa da, əsaslar, sübutlar göstərilsə də, sonda nöqtə qoyan yoxdur. Əminəm ki, insan övladı üçün nöqtə hər zaman bir nağıl, mif olaraq qalacaq. Qısası dahi İ.Kant demişkən "Bizim hisslərimizin səbəbi olan dünya dərkedilməzdir”.

Bu fikirlərin deyilməsindən artıq 200 ildən çox zaman keçib və hansısa akademik dərk etmədən söhbət gedə bilməz. Hətta onu da qeyd edək ki, yenə də Günəş və planetlərin yaranmasını Kantın nəzəriyyəsi ilə və ya ona oxşar fikirlərlə izah etməyə çalışırıq.

Məhz bu zaman yenidən fəlsəfəyə, geriyə dönüşə ehtiyac yaranır. Fəlsəfənin adında belə hər şey aydın görsənir. Yunanca "müdrikliyi sevirəm”. Bəli, məhz, sevmək. Nə anlamaq, nə dərk etmək, sadəcə sevmək. Sevən, aşiq olan insan heç zaman ağıl və məntiqlə hərəkət etmir. Sadəcə sevir. Fəlsəfə də məhz, bunu özündə ihtiva edir. Fəlsəfə nə qədər bəşəriyyətə yüzlərcə fəlsəfi cərayanlar, dünyagörüşləri bəxş etsə də, yenə də gündəmdə olan iki istiqamətdir: İdealizm və materializm.

Çox böyük əminliklə deyə bilərəm ki, cəmiyyətimizin əksəriyyət hissəsi hal-hazırda nə materialist, nə də ki idealist dünya görüşünə malikdir. İnsanlar sadəcə kor-koranə Allahın varlığını qəbul edir və elə burdaca onların baxışları  artıq qorxu və xof müstəvisinə keçir. Onlar Allaha ancaq ruzi, bərəkət, çörək və can sağlığı mənbəyi kimi baxırlar. Və ya ətrafdakılardan fərqlənməq üçün, müasirlik maskası taxmaq məqsədi ilə bir qrupda materialist dünyagörüşünə sığınırlar. Əgər bu tip insanları danışdırsan və fikirlərini əsaslandırmasını tələb etsən, qısa zamanda onlar özləri də hiss etmədən materializmdən idealizimə keçəcəklər və ya əksinə.

Elmi nəzəriyyələrdən fərqli olaraq fəlsəfədə doğru və yanlış fikir yoxdur. Bizlər sadəcə seçim edərkən prioritetlərimizə, başlıca ehtiyaclarımıza cavab verəni seçirik. Sovetlər dövründə materializm sırf dövlətin maraqlarına xidmət etdiyi üçün çoxumuzda ikrah yaratmışdır. Və  yaxud əksinə, bir ölkədə ruhanilər at oynadırsa, Allahla qorxutmağı özləri üçün vasitəyə çeviriblərsə və bu zaman sənin üçün ateistik, materialist fikirlər daha doğma olacaq.

Sonda hər kəsə məlumdur nə ateist, nə də idealist son nöqtəni qoya bilmir. Baxmayaraq ki, hər iki tərəfin yetərincə tutarlı əsasları var. Bu zaman bəzən ağıla belə bir fikir gəlir: Bəlkə elə əsl həqiqət materialist - idealist dünyagörüşünün vəhdətindədir. Sadəcə bunlar bir pulun iki fərqli üzüdür və mahiyyət etibarilə sonda eyni məqsədə xidmət edir.

Müasir cəmiyyətimizdə materializm arxivə göndərilib, idealizmi isə nə qəbul edən var, nə də inkar edən. Nəticədə bizdə heç nə yoxdur. Ona görə, cəmiyyətdə bir boşluq, bir heçlik hökm sürür. Və bu boşluqları zaman - zaman arzu edilməz hallar tutur. Düşünürəm ki, xilas yolu azından hər kəsin öz-özünə, öz içində, yaxın ətrafında filosofluq etməsindədir. Zatən bəşəriyyətin gəlmiş-keçmiş bütün dahiləri bu işlə məşğul olub. Siz niyə olmayasınız? Bununla razı olmayanlara əlavə onuda yada salım ki, müasir dünyada hər bir sahə filosofluq edir. Məsələn: siyasi fəlsəfə, elmi fəlsəfə, riyaziyyatın və fizikanın fəlsəfəsi, incəsənət fəlsəfəsi və s. Qısaca insanın mövcudluğunun dərk olunması fəlsəfədən keçir. Ona görə də nə qədər ki, insanlar mövcuddur, o qədər də fəlsəfə mövcud olacaq.  

Namik Mantaşov 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol