• $
  • €
  • ₽
  • ₺
  • £

Turpun yarpaqları bu xəstəliklərə dərmandır

Turpun yarpaqları bu xəstəliklərə dərmandır
22.10.2016 17:58
Əksəriyyətimiz turpun yarpaqlarını lazımsız və faydasız bilib atır. Lakim alimlər sübut edir ki, turpun yarpaqları turpun özündən qat-qat faydalıdır.

Onun tərkibində çoxlu sayda müxtəlif vitaminlər (A, C, PP, K, B qrupu), nikotin, askorbin, salisil turşuları, makro və mikroelementlər (maqnezium, fosfor, kalsium, kalium, dəmir, sink, mis və s.) var.

Belə zəngin kimyəvi tərkibə görə turpun yarpaqlarını əsl müalicəvi məhsul hesab etmək olar.

Tərkibində kalium və maqneziumun  olan turpun yarpaqları ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini tənzimləyir.
 
Kalsiumla zəngin olan yarpaqlar sümüklər üçün faydalıdır. Turpun yarpaqlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil edin.

Turpun yarpaqları avitaminozun qarşısını alır, qanın tərkibinə müsbət təsir edir.

Bütün digər göyərtilər kimi qidalı liflərlə zəngin olan yarpaqlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

Stress, sinir qərginliyi, yuxusuzluq zamanı turpun yarpaqlarını çay kimi dəmləyin (1 stəkan su + 1 x.q. xırda doğranmış yarpaqlar), bal əlavə edin və için. Bu çay həmçinin iltihabəleyhinə təsirə malikdir, immun sisteminə müsbət təsir edir.

Turpun təzə yarpaqlarını salatlara, xörəklərə əlavə etmək olar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol