• $
  • €
  • ₽
  • ₺
  • £

Köhnə daxmada yalnız yaşayan xəstə qoca: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO

Köhnə daxmada yalnız yaşayan xəstə qoca: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO
23.10.2016 19:01
Ailəsi tərəfindən atılan, özü yataq xəstəsi olan Eldəniz Məmmədov haqqında birinci dəfə reportaj hazırlayanda onun 63 yaşı var idi.

İndi isə 64 yaşı var. Təəssüflər olsun ki, bu birdə həyatında heç nə dəyişməyib. Nə onun haqqında dərc etdiyimiz yazı, nə də sonradan aidiyyatı qurumlara etdiyimiz müraciətlər Eldəniz Məmmədovu bu köhnə daxmadan xilas etməyə yetərli olmayıb. 

Ayaqları yer tutmayan, xəstə vəziyyətdə olan bu qocanın havanın soyuq vaxtında burada necə yaşaması isə kimsəni düşündürmür. Yalnız, arabir qonşuları onun halına acıyıb bir pay isti yemək verirlər.
 
Musavat.com olaraq yenidən bu xəstə qocanın həyatını işıqlandırmaq qərarına gəldik. 
Bizi təkrar qapısında görüb kövrəldi. Arada yardım əli uzadan qonşulardan başqa, uzun illərdən bəri qapısını çalan kimsə olmamışdı. 

Yaşadığı otağın ölçüsü 4 kvadratmetrdən də kiçikdir. İçəridə yalnız bir köhnə çarpayı və kiçik masa var. Çarpayının üzərindəki döşək və yorğanın nə dərəcədə çirkli olması ilk baxışdan nəzərə çarpır. Yaşlı insan evin təmizliyi ilə məşğul ola bilmədiyindən illərdir bu çirkli yorğan-döşəkdə yatır. Evin hər tərəfindən sallanan hörümçək torları zəif lampanın işığında daha çox nəzərə çarpır. Masanın üzərində isə çirkli qablar yığılıb. Təbii ki, içəridəki natəmizliyin qoxusu ilk addımdan insanın burnuna gəlir. Rütubət və natəmizliyə toplaşan həşəratlar da özünü gizlətmir. Bizim bir neçə dəqiqə durmağa tab gətirmədiyimiz bu otaqda 64 yaşlı Eldəniz Məmmədov illərdir yaşayır. Onun yeganə arzusu qocalar evinə yerləşmək və ən azı təmiz yorğan döşək və gündə bir qab isti yeməkdir. 

Ev o qədər soyuqdur ki, paltomuza bürünüb otururuq. Yatağının içində oturan Eldəniz kişi də yun köynəklə yatır. Əynində ən az 4 köynək olan bu kişi soyuqda da şikayətlənir. Deyir ki, elə ayaqları soyuğun badına gedir. Əgər ayağı yer tutsaydı, indi kiminsə əlinə baxmazdı. 
Vəziyyət o qədər acınacaqlıdır ki, Eldəniz Məmmədovdan niyə ailəsi tərəfindən atıldığını, yaxın qohumlarından kimsənin olub-olmamasını soruşmağa da dilimiz gəlmir. Hekayə necə olursa-olsun, nəticə göz qabağındadır.

Eldəniz Məmmədovun sözlərinə görə, musavat.com-un onun həyatı haqqında yayımladığı reportajdan  və dövlət qurumlarına ünvanlanan müraciətdən sonra gəlib ona baş çəkiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onu həkim müayinəsindən keçirib. Təsdiq olunub ki, o yeriyə bilmir, ayaqları tutulub. Onun bir həftə xəstəxanada saxlanılıb müalicə olunması məsləhət görülsə də, nəinki həkimlər, heç təcili tibbi yarım işçiləri də yaxın durmayıb. 

Həmin vaxt qocalar evinə yerləşdirilmək məsələsi də alınmayıb: "Mənə dedilər ki, ancaq pensiya alanları qocalar evinə qəbul edirlər. Pensiya almasan ora götürməyəcəklər. Mən də pensiya almıram. Səbəb isə odur ki, mənim şəxsiyyət vəsiqəm yoxdur, hələ də Sovet pasportu ilə yaşayıram. Ayaqlarım tutmur ki, gedim özümə sənəd düzəltdirim". 
Hazırda necə dolanmasına gəlincə, Eldəniz Məmmədov deyir ki, ona əsasən qonşular kömək edir: "Allah onların canlarını sağ eləsin. Olanda yemək gətirirlər. Ayaqlarım tutulub, yerimdən tərpənə bilmirəm. Çörəyi alıb gətirirlər,  otaqdan asıram. Ancaq çörək elədir ki, bir günə kiflənir. Elə olur ki, bir neçə gün çörək gətirən olmur, mən də gedib çörək ala bilmirəm, elə kifli çörəyi yeməyə məcbur qalıram".
Söhbətin bu yerində əlini yorğanının altına uzadıb orada bir qara torba çıxarır. Torbanın içi isə kitabla doludur. Deyir ki, bu yarıqaranlıq evdə həyatını işıqlandıran məhz o  kitablardır: "Çox kitab oxumuşam, yüzlərlə... Fərq qoymuram, hamısını oxuyuram. Buradakıların hamısını oxuyub qurtarmışam. Təzə kitablar olsaydı oxuyardım".

Ümid edirik ki, bu reportaj yayımlandıqdan sonra aidyyatı qurumlar bu sahibsiz qocanı ölümün pəncəsindən alacaqlar. Əks təqdirdə bu bir qocanı qarşıdakı şaxtalı qış günlərində ölümə tərk etmək deməkdir.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol