• $
  • €
  • ₽
  • ₺
  • £

Ət xörəklərini qatıqla yeməyin ziyanları

Ət xörəklərini qatıqla yeməyin ziyanları
23.10.2016 23:50
Azərbaycanda bəzi ət xörəkləri süfrəyə qatıqla verilir, ət xörəklərini yeyəndə biz ayran, dövğa içirik. 

Sağlamlıq baxımından bu düzgün deyil.

ANN.Az saglamolun.az-a istinadən bildirir ki, ət insan orqanizmin normal fəaliyyəti üçün vacib məhsullardan biridir. Ət orqanizmi aminturşular, vitaminlər, minerallarla təmin edir. Bu minerallardan ən vacib olanı dəmirdir. Dəmirin əsas hissəsini biz məhz ət məhsullarından alırıq.

Dəmir insan orqanizmində olduqca böyük rol oynayır. Dəmir oksigenin saxlanması və daşımasında iştirak edir. Oksigensiz insan orqanizmi yaşaya bilməz.
Dəmir qanayaratma proseslərində iştirak edir, immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir, qalxanvari vəzi hormonların istehsalında, ciyərdə gedən proseslərdə (zəhərli maddələrin parçalanmasında və s.), DNT-ın sintezində və bir çox digər vacib proseslərdə iştirak edir. Dəmir xərçəng hüceyrələrinin inkişafını ləngidir. Orqanizmdə dəmirin çatışmazlığı ciddi pozulma sayılan anemiya xəstəliyinə (qanazlığı) səbəb olur.

Bəzi maddələr orqanizmdə dəmirin mənimlənilməsi proseslərini sürətləndirir (C, B qrupu vitaminləri və s.), digərləri isə əksinə pozur. Dəmirin mənimsənilməsini pozan maddələr  arasında kalsium və fosfor da var. Süd məhsulları kalsium və fosforla zəngin olduğundan onların ətlə birlikdə qəbulu dəmirin mənimsənilməsinə mənfi təsir edir. Bu o deməkdir ki, ətlə birlikdə və ya ət xörəklərindən dərhal sonra istənilən süd məhsullarını qəbul etmək düzgün deyil.

Tək süd məhsulları deyil, çay və qəhvədə olan bəzi maddələr dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən həkimlər ət xörəklərindən sonra çay və ya qəhvə içməyi tövsiyə etmir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol