• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixdə ilk dəfə yazılan ad - FOTOLAR

Tarixdə ilk dəfə yazılan ad - FOTOLAR
24.10.2016 21:52
İnsana verilən ad ilk dəfə nə vaxt qeydiyyata alınıb? Bu sualın tarixi elə yazı meydana gələnə gedib çıxır. Elmi araşdırmalar ilk dəfə insan adının qeydə alınmasının tarixini müəyyən edib.

"Verba volant, scripta manent"

Latından tərcümədə - "Söz uçar, yazı qalar" mənasını verir.

ANN.Az publika.az-a istinadən bildirir ki, ilk adın nə olduğunu bilmək üçün  ilk olaraq çin mənbələrinə baxılıb. E.ə. 8000-ci ildə Jiahu adı verilən simvollarda adlara rast gəlinib. Tam olaraq hansı mənanı verdikləri bilinməsə də, bir sıra insan xüsusiyyətlərinə istinad etdikləri bilinir. Hətta dövrə aid qablar üzərində fərqli Jiahu simvollarına rast gəlinir.

Gerçək yazı sistemində rast gəlinən ilk adın Şumer mədəniyyətinə aid olduğu düşünülür. Bu da təxminən e.ə. 3200-3100 illərə, Jemdet Nəsr hökmdarlığı dövrünə aiddir. Yuxarıda qeyd olunduğu kimi, şumer yazıları bizim zamanımıza qədər çatıb. Onlar bəşəriyyətin ən qədim yazı nümunələridir. Qədim şümerlərin müəyyən sözləri və yə cümlələri işarələrlə gil və ya daş lövhələri üzərində cızılıb. Bu işarələrin cızıq şəkilli olduğuna görə, cızılmış yazılara "mixi yazı" deyilir. İşarələrə isə "idioqrammalar" deyilir. Ümumiyyənlə bu cür cızılmış yazı üslubu qədim zamanlarda Yaxın Şərq xalqları arasında, Misirdə, Çində və başqa yerlərdə də yayılıb. İdioqrammaların oxunması mümkün olandan sonra, məlum olub ki, onlar eyni zamanda hecaları da ifadə edirdilər. Məsələn "ayaq" sözü şumer dilində "du"dur. Buna görə də "ayaq" şəkilli idioqramma sonraki dövrlərdə "du-" hecasını ifadə edirdi və artıq başqa sözlərin yazılışında da istifadə olunurdu.

Bu mixi yazılarda qəhrəmanların, şairlərin, dövlət adamlarının adları yox idi. Ədəbiyyat, sənət, ya da insan ruhuna dair digər gözəlliklər bu dövrdə mövcud idi. Ancaq məşhur hekayələrin, ya da qəhrəmanlıqlarının saxlanıb qorunması üçün gil lövhələrin istifadə edilməsi çox faydalı bir üsul sayılmırdı. Çünki mismarla yazı yazmaq çox çətin idi.

İlk adin olduğu yazı - "29.086 vahid arpa 37 ay müddətində təslim alındı. İmza Kushim".

Lövhəyə yazılanlar tam olaraq bu idi. Əgər Kushim ümumi bir adlandırma deyilsə, bu qeydi tutan mühasibin adı idi.
 











www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol